Frans Kafka-Atama Mektub

Frans Kafka-Atama Mektub

Annotasiya
Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının “Məktublar”ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdırmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: “Sabah “Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun…”

Download_Yukle

frans_kafka_atama_mektub

Əsərdən seçilmiş hissələr
…çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.
***
Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə bilmirəm.
***
Səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.
***
Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım.
***
Sən öz gücünlə özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın.
***
Sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin.
***
Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv olmalı idi.
***
Mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər.
***
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım..
***
Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı.
***
Sənin zor gücünə qazandıqlarını biz evdə əlindən alırdıq, ancaq bayırda da bizə mübarizə aparmaq lazım gəlirdi. Sənə asan başa gələn bu mübarizəni biz yaşa dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq.
***
Öz işçilərinə “muzdlu düşmənlər” deyirdin. Əslində, elə idilər, ancaq, deyəsən, onlar belə olmamışdan əvvəl sən özün “muzdur saxlayan düşmən” idin.
***
Simic bir uşaq idi, onunla oturub-durmazdım, danışmazdım, çünki mənə özümü xatırladırdı: mənim kimi aldığı tərbiyənin qulu idi. Ən çox da simicliyinə görə zəhləm gedirdi, çünki özüm ondan da simic idim. Bu simiclik bədbəxtliyin birinci nişanəsidir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s